Aslan İlhamə Quliyevadan danışdı: "Dilim dönmür deyim ki, yaxşı insan idi" VİDEO


Şou-biznes 01 İyn 2018 02:30:00 317 0

Aslan İlhamə Quliyevadan danışdı: "Dilim dönmür deyim ki, yaxşı insan idi"  VİDEO

Müğənni Aslan ATV-də yayımlanan "Xüsusi Layihə" verilişinin qonağı olub.

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı illər əvvəl küsülü olduğu mərhum xalq artisti İlhamə Quliyevadan danışıb.

O, aparıcı Aytən Səfərovanın "Deyirlər, İlhamə Quliyevanın məzarını tez-tez ziyarət edirsiz?" sualına belə cavab verib:

"Yalan söhbətdi. O, diri olanda heç yanına getmirdim, qaldı ki, qəbir üstünə gedim. Hamımız dünyamızı dəyişəcəyik. Amma bilinmir ki, kim rəhmətə gedəcək, kim hara gedəcək. Mənim o insanla münasibətim yox idi. Yuxuma girmir. Girsə də problem yoxdur. Mən yuxuda da ayığam. Nəsə sualı olsa, cavab verərəm. Mən kinli insanam və bağışlamıram. Kim necə qəbul edir, etsin. Sizin uşağınıza hədə-qorxu gələn insanı bağışlayarsız? Mənim dilim dönmür deyim ki, o, yaxşı insan idi, Allah o dünyasını versin. Mən bacarmıram mənə pislik edənə yaxşılıq edim".