Ermənistanda Elton Cona yumurta atdılar


Dünya 31 May 2018 23:11:00 246 0

Ermənistanda Elton Cona yumurta atdılar

Həyat yoldaşı Devid Fernişlə Ermənistana səfər edən britaniyalı müğənni Elton Con gözlənilməz hadisə ilə rastlaşıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçiyə yumurta atılıb.

Hadisə ifaçının qaldığı otelin qarşısında baş verib. Eltona atılan 3 yumurtadan ikisi dəyib.

İnsidenti 34 yaşlı Ermənistan sakini Vaan Qriqoryan törədib. O, polisə özü təslim olub. İfadəsi alındıqdan sonra isə azadlığa buraxılıb.