Ramazan nəfsi ram etmə ayı


Digərləri 31 May 2018 23:10:00 288 0

Ramazan  nəfsi ram etmə ayı

Ramazan haqqında yazı yazmaq ilk baxışdan asan gəlir, amma Ramazanın mahiyyətinin və batini mənasının fonunda ən azından məsuliyyətdir...

Ramazan-ərəbcə desək "Ramadan"(مضانر);"ra-ma-da " (رمض) kəliməsindən götürülmüşdür. Ramad (رمض) - (şiddətli isti səbəbiylə daş və torpaga aid edilən) "qovrulma", "yanma " deməkdir. Eyni formada günəşin qızmar istisindən yanan yerə də "Ramdaa" (رمضاء) deyilir.

Son.az islam.az-a istinadən bildirir ki, beləliklə, Ramazan  "ramdaa" kəliməsindən gəlir və "QIZMAR YERDƏ YALIN AYAQLA YERİYƏRƏK YANMAQ" deməkdir. Ramazan ayı aclıq, susuzluq və çətinliklər qarşısında dözüm ayı oldugu üçün məhz bu adı almışdır.

Ramazan  yeganə aydır ki, adı QURANda çəkilmişdir. Ramazan ayının digər aylardan üstünlükləri vardır. Məsələn: səmavi  kitablar (TÖVRAT, İNCİL, ZƏBUR və QURAN) məhz bu ayda nazil olmuşdur; Qədr gecəsi məhz bu aydadır. Nə bilmək olar, bəlkə elə bu xüsusiyyətlər  səbəbiylə oruc tutmaq üçün uygun ay olaraq Ramazan seçilmişdir.

Tarixdən məlumdur ki, oruc əvvəlki dövrlərdə də olmuşdur. Yəhudilikdə, xristianlıqda da oruc müxtəlif formalarda olsa da vardır. QURANİ-KƏRİMDƏ UCA ALLAH BUYURUR: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz" (Bəqərə, 183)

İslam dininin müqəddəs ayı olan Ramazanın sonuna yaxınlaşdıqca dünyadakı 1.8 milyard müsəlman, səmanın aydın olacağını böyük ümidlə gözləyir.

İslam dinində Ayın Yer kürəsi ətrafında hərəkət dövriliyinə əsaslanan ay təqvimindən istifadə olunur. Ramazan təqvimin doqquzuncu ayında başlayır.

Hər il ay təqvimindəki aylar ötən ilki günəş təqvimindəkindən 11 gün əvvəl başlayır.

Ay təqvimi müsəlmanlar üçün çox mühümdür və insanların ilbəil Ramazan ilə bağlı təcrübəsində böyük rol oynayır.

Əgər İslam ayları fəsillərin müəyyən olduğu günəş sisteminə əsaslansa idi, dünyanın müəyyən hissələrində yaşayan insanlar üçün Ramazan günün uzun olduğu yaya, başqa hissələrində yaşayan insanlar üçün isə günün qısa olduğu qışa təsadüf edərdi.

Ay təqviminə əsaslanaraq, hər bir müsəlman müxtəlif fəsillərdə və müxtəlif vaxt ərzində 33 il dövrlülüklə ilin eyni zaman kəsiyində oruclu ola bilir.

Ramazanda sübh azanından axşam azanına qədər yemək və içmək  tərk edilmiş olur və müsəlman ac və susuzluq imtahanından keçir. Lakin oruc tutmaq heç də yalnız bundan ibarət deyildir. Yəni, insan bədən və ruhdan ibarət olduğu üçün, bədənimizi zahir (xarici), ruhumuzu isə batin (daxili) hesab edərək, bütün ibadətlərin - xüsusən də orucun zahiri və batini yönü vardır.

Allahın halal buyurdugu nemətləri yeməmək və içməmək... Bu - zahiri orucdur. 3 dərəcəyə  bölmüş olsaq, bu dərəcəni  orucun ən aşagı dərəcəsi hesab etmək olar .

İkinci dərəcə deyə biləcəyimiz dərəcə orucda isə, insan tək yeməyi və içməyi deyil, günahlari da ozünə haram bilir və yeməkdən-içməkdən çəkindiyi kimi günahlardan da çəkinir (ən azından çəkinməyə çalışır və bunun üçün böyük mübarizə aparır və bu yönə xüsusi diqqət edir: qeybətdən, hətta göz zinasından, yalandan, bir sözlə günah buyurulmuş və insana ziyanlı olan, etməməli olduğu pis əməllərdən uzaq durur.