Nə edək ki, orucumuz qəbul olsun?


Digərləri 31 May 2018 22:50:00 258 0

Nə edək ki, orucumuz qəbul olsun?

Nə edək ki, orucumuz qəbul olsun? Hədislərimizdə oxuyuruq ki, oruc - mühüm bir ibadətdir. Allah dərgahında qəbul olan oruc təkcə gün ərzində ac və susuz qalmaq deyildir. Orucun əsas qəbul olma şərti bədəni və ruhu günahlardan uzaqda tutmaq deməkdir. İmam Əli (ə) buyurur: "O qədər oruc tutan var ki, aclıqdan başqa faydası yoxdur". "Nəfsin orucu - beş hiss orqanını günahlardan saxlamaq və qəlbi bütün pisliklərdən boşaltmaq deməkdir".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, qeybət və söz gəzdirmək orucu pozar. Haqq sahibi razı olmayınca, namaz və oruc 40 gün qəbul olmaz.

İmam Sadiq (ə) buyurur: "Oruc tutdunsa, gərək gözün, qulağın, dilin də oruc olsun. Gözünüzü harama baxmaqdan, qulağınızı haram eşitməkdən və dilinizi yalan və fəhşadan saxlayın".