Gəncədə avtomobil piyadanı vurub öldürüb


Digərləri 31 May 2018 22:00:00 209 0

Gəncədə avtomobil piyadanı vurub öldürüb

Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 20-24 yaşlarında olan Musa adlı gənci vurub. Yaralı xəstəxanaya aparılanda yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.