Süni intellekt üzrə online kurs istifadəyə verildi


Digərləri 31 May 2018 21:45:00 235 0

Süni intellekt üzrə online kurs istifadəyə verildi

Finlandiyanın Helsinki Universiteti "Reaktor" şirkəti ilə birgə süni intellekt üzrə online kurs istifadəyə verib. Kursda təxminən 54 min insanın iştirakı gözlənilir.

Son.az lent.az-a istinadən xəbər verir ki, "Süni intellektin elementləri" adlı online kurs ödənişsizdir və hər bir ölkə vətəndaşı üçün əlçatandır.

Təxminən 30 saat ərzində kursu müvəffəqiyyətlə başa vuran şəxslər "LinkedIn" sosial şəbəkəsində dərc olunmaq üçün sertifikat əldə edəcəklər.