Təərrüf İranın ədəbərkan qaydaları


Digərləri 31 May 2018 21:25:00 280 0

Təərrüf  İranın ədəbərkan qaydaları

BBC müxbiri yazır ki, baqqal dükanından tutmuş nüvə danışıqlarınadək iranlılar hər yerdə özlərinə məxsus ədəb-ərkan qaydalarına riayət edirlər.

"Befərmayid" deyir Fatimə və əlinin amiranə işarəsi ilə mənim bir az da yeməyimi istəyir.

Mən qənirsiz iranlı ev sahibəsi, onun anası, iki qızı və bir oğlu ilə döşəmədə - mükəmməlcəsinə kamil İran xalçasının üstündə açılmış süfrənin kənarında əyləşirəm və özümün təərrüf təcrübəmi ilk dəfə olaraq işə salmalıyam.

Mən doğrudan da ağız suladan balıqlı səbzi plovdan yemək istəyirəm, amma bilirəm ki, ədəb-ərkan qaydalarına görə "hə"dən əvvəl bir neçə dəfə "yox-yox" deməliyəm.

İranda yaş və gənclər arasında münasibətlərdə təərrüf əsas yer tutur.

Təərrüf (mərifət sözü ilə eyni kökdəndir) dünyasında nəzakətlilik namus məsələsinə çevrilir.

Onun naminə insanlar qəbul etmək istədiklərindən imtina edir, ürəklərindən gəlməyən sözləri deyir, niyyətləri olmadan kimisə dəvət edir, pis xəbərləri saxta ümidlə əvəzləyirlər.

Belə etməklə onlar "kaş olaydı"nı olmuş kimi qəbul edirlər.

Bir dəfə mən Tehranda taksi sürücüsünə güc-bəla ilə bazarlaşdığımız 250 min rialı verirdim.

Qəribədir ki, o pulu almaqdan imtina edirdi.

"Yox almaram" deyirdi gülə-gülə. Mən peysərimi qaşıya-qaşıya təkid edirdim. O isə pulu almaqdan imtina edirdi. Nəhayət yorulub taksidən düşdüm. Düşündüm ki, "qoy belə olsun".

Amma dostum Rza izah etdi ki, sürücü sadəcə təərrüf edirmiş.

"Əlbəttə ki, o sizin pulu verəcəyinizi gözləyirdi - deyirdi Rza, - O pulu almaq istəmədiyini deməklə sizə öz mərifətini nümayiş etdirirdi. Onun təərrüfü qurtaranadək gözləmək, nə qədər kobud görünsə də pulu ödəmək lazım idi. Nəzakət nəzakət yerində, amma haqqı ödəmək lazımdır".

Hətta taksi sürücüləri də mərifətlərini göstərmək üçün pulu almazdan əvvəl bir xeyli naz edirlər

Bu söhbət məni yamanca tutdu. Fikirləşirdim ki, görəsən o sürücü hələ də gülümsəyirdimi?

Baqqal dükanında alış-veriş etməkdən tutmuş nüvə danışıqlarına qədər hər işdə adamların davranışını məhz bu təərrüf adlanan qaydalar diqtə edir.

Bu fenomen konsepsiya baxımından ümumən pozitiv bir amil olsa da, sui-istifadə niyyəti olduqda mənfi çalar ala bilər.

Məsələn kimsə kiminsə səxavətindən mənfəətlənmək üçün fürsətlənmək istəyər.