Azərbaycanda sürücülər benzini maye qaza dəyişir


Digərləri 31 May 2018 21:13:00 330 0

Azərbaycanda sürücülər benzini maye qaza dəyişir

Dünyanın ən ekoloji yanacağı sayılan "CNG" yəni sıxılmış metan qazına ölkəmizdə də maraqartır. Tələbat çox olsada belə qazın satıldığı yanacaq doldurma məntəqəsi cəmi 1 yerdədir. Yaxın aylardadaha 2 belə məntəqənin istifadəyə verilməsi gözlənilir. Bu yanacaqdan istifadə edən sürücülər pullarına təxminən 50-60 % qənaət edirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, həm qiyməti ucuzdur, həmdə ekoloji yanacaqhesab edilir.

5 manatlıq CNG qazı ilə kiçik mühərrikli avtomobillə hətta 230 kilometr yol qət etmək mümkündür. Ölkəmizdə geniş yayılmasada CNG, yəni sıxılmış metan qazı ən sərfəli yanacaq növlərindədir. Bir kubu 35 qəpik olan buyanacaqdan istifadə edən sürücülər pullarına 50-60 % qənaət edirlər.

CNG avadanlıqının həm benzin , həm də dizellə işləyən avtomobillərə quraşdırılması mümkündür. Avadanlıq quraşdırılan zaman avtomobil həm CNG , həm də öz yanacaqı ilə işəyə bilir.


Xəbərə aid video