Nobel mükafatıçısından həyat haqqında


Digərləri 31 May 2018 21:06:00 410 0

Nobel mükafatıçısından həyat haqqında

İosif Brodskinin dünyagörüşünə nikbin demək çətindir, lakin böyük şair, filosof və mütəfəkkir yaxşı bilirdi ki, həyatda mürəkkəb vəziyyətlərlə mübarizə aparmaq olar və lazımdır.

Son.az publika.az-a istinadən mürəkkəb kompozisiyalı, ağ şeirin ən böyük ustadı və Nobel mükafatı laureatı olan şairin əsərlərindən çətin anda kömək edəcək hikmətli fikirlərini təqdim edir.

1. Yaşamaq asandır: Sadəcə anlamaq lazımdır ki, səndən də yaxşı adamlar var. Bu, həyatı çox asanlaşdırır.

2. Müstəqilliyimizi itirmək daha pisdir, nəinki bakirəliyi itirmək.

3. Vəziyyət nə qədər iyrənc olsa da, bunda kənar qüvvələri günahlandırmamağa çalışın: tarixi, dövləti, hakimiyyəti, irqçiliyi, valideynləri, uşaqlıq dövrü və s. Başqasını günahlandıran anda bir şeyi dəyişdirmək üçün şəxsi qətiyyətinizi pozursunuz.

4. Böyük ehtimalla dünyanı xilas etmək mümkün deyil, lakin fərd həmişə xilas ola bilər.

5. Həyatınızı bədbəxt etmək istəyənlərə fikir verməməyə çalışın. Belələri çox olacaq. Qaçmaq alınmırsa, onlara dözün, amma xilas olan kimi dərhal unudun.

6. Şərə qarşı ən etibarlı müdafiə üsulu həddindən artıq fərdidir: düşüncənin özünəməxsusluğu, qəribəlik, hətta istəsəniz, eksantriklik.

7. Tənhalıq şeylərin mahiyyətini öyrədir, çünki onların mahiyyəti də təklikdir.

8. Öz həyatımda, davranışımda mən ancaq həqiqətlərlə hərəkət etdim.

9. Gözəllik rahatdır, çünki təhlükəsizdir.

10. Kədərli həqiqət ondan ibarətdir ki, sözlər həqiqətdən əvvəl keçir.

11. Hər yaradıcılıq əslində duadır. Bütün yaradıcılıq Allaha yönəldilmişdir.

12. Kitabları yandırmaqdan daha ciddi cinayətlər var. Onları oxumamaq.