İndoneziyalı jurnalistlər Cocuq Mərcanlıya səfər ediblər VİDEO


Digərləri 31 May 2018 21:07:00 266 0

İndoneziyalı jurnalistlər Cocuq Mərcanlıya səfər ediblər  VİDEO

Bir qrup indoneziyalı jurnalist Cəbrayılın Cocuq Mərcanlı kəndindəolub. Onlar kənddə yaradılmış şəraitlə tanış olublar. Qonaqlara Dağlıq Qarabağ münaqişəsi və ermənilərin işğalçılıq siyasəti haqqında ətraflı məlumat verilib.

İndoneziyalı jurnalistlər Cocuq Mərcanlıya səfər ediblər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə Azərbaycana gəlmiş jurnalistlər ötən gün Cəbrayıl rayonununCocuq Mərcanlı kəndində olublar.

Kənddəki orta məktəbə gələn qonaqlara ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər, kəndin bərpası ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib.Qeyd olunub ki,2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyini azad etdikdən sonra kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb. Kənd qısa müddətdə bərpa olunub və sakinlərin bir qismi ora köçürülüb.


Xəbərə aid video