İsveç 27 yaşlı Xəyalə Quliyevanı xəstə oğlu ilə birgə ölkədən çıxarır


Digərləri 31 May 2018 20:57:00 329 0

İsveç 27 yaşlı Xəyalə Quliyevanı xəstə oğlu ilə birgə ölkədən çıxarır

27 yaşlı Xəyalə Quliyeva ağır xəstə olan 4 yaşlı oğlu Mikayıl ilə İsveçdən deportasiya olunmaq təhlükəsi ilə üzləşib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, X.Quliyeva Skandinaviya ölkəsinə İsveç vətəndaşı olan cavan bir şəxslə keçib.

İki il sonra cütlüyün oğlu dünyaya gəlib və həkimlər ona qorxunc diaqnoz qoyublar - autizmin ağır forması. Uşaq inkişafda geri qalır və ətrafında nələrin baş verdiyinin hamısını anlamır.

Xəyalə Quliyevanın sevgilisi oğlunun xəstəliyini qəbul edə bilməyib və çox keçmədən onu atıb. Beləliklə, o, qaçqınlar üçün mərkəzə düşüb.

İsveçdə xəstə uşaqla tək qalan X.Quliyeva onlara sığınacaq verilməsi ilə bağlı ərizə yazıb, ancaq onun xahışinə rədd cavabı verilib. Və indi onu və oğlunu Azərbaycana deportasiya edilmək təhlükəsi gözləyir.

Amma Xəyalə Quliyeva vətənə qayıtmaq istəmir və iddia edir ki, onun oğlunun hərtərəfli insan kimi böyüməsinə yalnız İsveç həkimləri və bərpa üzrə proqram kömək edə bilər.

Autizmdən əzab çəkən uşaqların bərpası üzrə Mərkəzin baş həkimi Krister Larsson qeyd edir ki, Mikayıl danışmağı öyrənə və öz hərəkətlərini əlaqələndirə bilmir. Bundan başqa, uşaq təhlükələri hiss etmir və ona daimi nəzarət tələb olunur.