İspaniyada bank 2 mindən çox evi kütləvi satışa çıxardı


Digərləri 31 May 2018 19:48:00 253 0

İspaniyada bank 2 mindən çox evi kütləvi satışa çıxardı

İspaniyada yay mövsümü ərəfəsində "Bankia" bankı özünə məxsus olan 2 mindən çox daşınmaz əmlakı ucuz qiymətə satışa çıxardığını açıqlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, evlərin satışı iyun ayının sonunadək davam edəcək. Bəzi hallarda endirimlər 40 faizədək çatır.

Qeyd olunur ki, 600-dən çox ev Valensiyada, 500-ə yaxın Kataloniyada, eləcə də İspaniyanın digər regionlarında təklif olunacaq.