Gürcüstanın baş prokuroru istefa verdi


Digərləri 31 May 2018 19:38:00 264 0

Gürcüstanın baş prokuroru istefa verdi

Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa verib.

Son.az APA-ya istinadən bildirir ki, istefaya səbəb Tbilisi şəhər məhkəməsinin yeniyetmələrin qətli ilə bağlı bu gün verdiyi qərarın yaratdığı narazılıq olub.

Məhkəmə iki yeniyetmənin qətlində təqsirləndirilən şəxsləri qismən təqsirli bilib. Məhkəmə qərarına etiraz olaraq Tbilisidə Baş prokurorluğun binası qarşısında İ. Şotadzenin istefası tələb olunub. Aksiyada qətlə yetirilmiş yeniyetmələrin yaxınları ilə yanaşı müxtəlif siyasi partiya və QHT-lərin nümayəndələri də iştirak edib. 

İ. Şotadze bu gün günorta keçirdiyi brifinqdə məhkəmə qərarı ilə razı olmadığını bildirib. O, yeniyetmələrin qətli ilə bağlı istintaqa xarici mütəxəssislərin cəlb olunacağını deyib.