Azərbaycanda daha bir zavodun fəaliyyətə başlayacağı TARİX açıqlandı


Digərləri 31 May 2018 19:14:52 246 0

Azərbaycanda daha bir zavodun fəaliyyətə başlayacağı TARİX açıqlandı

Karbamid zavodunun fəaliyyətə başlayacağı tarix açıqlanıb.

Bakı. Maksim Tsurkov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun inşası üzrə işlər 99,4 faiz başa çatıb. Trend-in məlumatına görə, bunu zavodun direktoru Xəyal Cəfərov deyib. Direktor bildirib ki, mühəndislik işləri və avadanlıqların alınması, həmçinin mülki işlər 100 faiz, tikinti işləri və avadanlıqların montajı isə 98 faiz yekunlaşıb: "Bütün mexaniki işlərin ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır. Layihənin dördüncü rübdə istismara veriləcəyi gözlənilir".