Tullantı sularının idarə olunması sahəsində vəziyyət müzakirə olunub (FOTO)


Digərləri 31 May 2018 18:54:00 251 0

Tullantı sularının idarə olunması sahəsində vəziyyət müzakirə olunub (FOTO)

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bakı. “Azərsu” Açıq Səhmdar Cəmiyyətində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. “Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, görüşdə tullantı sularının idarə olunması sahəsində vəziyyət müzakirə olunub, tullantı sularının yaratdığı problemlərin aradan qaldırılması və vəziyyətdən çıxış yolları istiqamətində fikir mübadiləsi aparılıb. İcra olunan yağış və tullantı su layihələri barədə təqdimatlar keçirilib. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən genişmiqyaslı ekoloji tədbirlərə “Azərsu” ASC də öz töhfələrini verməkdədir. Bu istiqamətdə son illər kompleks təbirlər həyata keçirilir, Bakı şəhərində mövcud infrastruktur yenidən qurulur, yeni kanalizasiya kollektorları və xətləri çəkilir. Eyni zamanda rayon mərkəzləri və şəhərlərdə icra olunan layihələr çərçivəsində kanalizasiya infrastrukturu yaradılır, tullantı sutəmizləyici qurğuları tikilərək istifadəyə verilir. Ekologiya və təbii sərvətlər naziri M.Babayev əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təmin edilməsi, su resurslarının mühafizəsi, Xəzər dənizinin sahil zolağının ekoloji tarazlığının qorunması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Görülən işlərlə yanaşı, tullantı sularının idarə olunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin vacibliyini bildirib. Sonra Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun yenidən qurulması məqsədilə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla hazırlanmış Master Planın yağış və tullantı suların idarə edilməsi bölməsinin təqdimatı olub.