Venqer: "Həyatdan həzz almağı o qədər də bacarmıram"


İdman 31 May 2018 18:36:00 265 0

Venqer: "Həyatdan həzz almağı o qədər də bacarmıram"

Arsenal-ın sabiq baş məşqçisi Arsen Venqer futbol üçün darıxıb. Goal.az xəbər verir ki, fransalı mütəxəsis yenidən baş məşqçi kimi çalışmaq istədiyini bildirib.

"Məni yenidən sınaq gözləyir. Həyatdan məhz bunu istəyirəm. Mən boş səhifə qarşısında durmuşam və yeni başlıq yazmaq istəyirəm. Həyatdan həzz almaq və çimərlikdə uzanmağı o qədər də bacarmıram. Futboldan asılıyam və tez bir zamanda darıxmağa başladım.Futbola bağlılıq geni məni rahat qoymur. Böyük, ambisiyalı klubda çalışmaq istərdim".