Veysəloğlu Qrupun təşəbbüsü ilə çəkilən “Cümhuriyyətin 9 şəkli” bədii-sənədli film ictimaiyyətə təqdim edilib


Digərləri 31 May 2018 18:36:02 519 0

Veysəloğlu Qrupun təşəbbüsü ilə çəkilən “Cümhuriyyətin 9 şəkli” bədii-sənədli film ictimaiyyətə təqdim edilib

Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filminin təqimatı olub.

Bakı. Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filminin təqimatı olub. Veysəloğlu Qrupdan Trend-ə verilən məlumata görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Veysəloğlu Şirkətlər Qrupunun təşəbbüsü və Cinealliance Kinoşirkətinin yaradıcı komandasının ərsəyə gətirdiyi Cümhuriyyətin 9 şəkli bədii-sənədli filminin təqdimat mərasiminə ölkənin bir çox tanınmış şəxsləri qatılıb. Belə ki, təqdimat mərasimində dövlət rəsmiləri, millət vəkilləri, incəsənət xadimləri, KİV nümayəndələri və Veysəloğlu şirkətlər qrupunun rəhbər heyəti iştirak ediblər. “Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filminin ssnerasiti Orxan Fikrətoğlu, rejissoru Elxan Cəfərov, baş prodüseri Əliağa Məmmədovdur. Qeyd edək ki, Veysəloğlu Qrupun maliyyə dəstəyi və təşəbbüsü ilə ərsəyə gələn “Cumhuriyyətin 9 şəkli” bədii-sənədli filminin baş rolunu Azərbaycan Respublikasının xalq artisti Rasim Balayev ifa edib. Baş verənlərin tarixçi, salnaməçi baxışından deyil, bir sıravi əsgər baxışından açıqlanmasıdır. Qafqaz İslam ordusunun əsgəri və eyni zamanda fotoqrafı olmuş sıravi əsgərin illər kecəndən sonra belə ailəsində yaşanan ideoloji muhitin yaradılmasındandır.