Ağsuda avtomobil yolunun tikintisinə 5,8 milyon manat ayrılıb


Digərləri 31 May 2018 18:18:00 262 0

Ağsuda avtomobil yolunun tikintisinə 5,8 milyon manat ayrılıb

Ağsuda avtomobil yolunun tikintisinə 5,8 milyon manat ayrılıb.

Bakı. Prezident İlham Əliyev Ağsu rayonunun Muğanlı-İsmayıllı (7 km)-Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, iki min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Muğanlı-İsmayıllı (7 km)-Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.