Karbamid zavodunda bu il 50 min ton məhsul istehsal oluna bilər
İqtisadiyyat 31 May 2018 18:14:00 334 0
Xəyal Cəfərov: "Buxar istehsalı lazımi həcmə çatdırıldıqda buxar generatoru işə salınacaq"
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan Karbamid zavodunda bu il 50 min ton məhsul istehsal oluna bilər.
"Report" xəbər verir ki, bunu zavodun direktoru Xəyal Cəfərov bildirib.
"Hazırda zavodda sınaq-sazlama işləri aparılır. Bu işlər müxtəlif mərhələ və rejimlərdən ibarətdir. "Samsung Engineering" zavodun işini müxtəlif rejimlərdə yoxladıqdan sonra təhvil verdikdə zavod tam gücündə işləyəcək. Zavod IV rübdə istismara veriləcək. Bu il üçün istehsal həcmləri 50 min ton təşkil edə bilər", - X.Cəfərov əlavə edib.
Onun sözlərinə görə, sınaq-sazlama çərçivəsində bir neçə aydır su nəql olunur, iki həftə öncə təbii qaz alınmasına, dünəndən isə ilkin buxar istehsalına başlanılıb: "Buxar istehsalı lazımi həcmə çatdırıldıqda buxar generatoru işə salınacaq".
Mənbə: report.az