Bizim sevimli Bulvarda rəqs mövsümü açıldı


Kriminal 31 May 2018 18:00:00 316 0

Bizim sevimli Bulvarda rəqs mövsümü açıldı

Bu bazar, 3 iyun E.L Club de Tango,  Azərbaycan Rəqs Assosiasiyası və Jam SS studiyası ilə birlikdə açıq havada tanqo axşamları mövsümünü açıq elan edir!

Buenos Aires küçələrində görünən tanqo rəqs ənənəsi bütün dünyaya yayıldı. Bakı Bulvarı tanqo mühitinə bürünəcək və digər rəqslər kimi tanqo rəqsi sizi bu etinasız qoymayacaq.

Dərslərdə  hər kəsin özünü rahat və sərbəst hiss etməsi üçün müəllimlər Azərbaycan, Türk, Rus və İngilis dillərində danışırlar.

Başqa bir fərqləndirici xüsusiyyət isə hər bir şagirdə fərdi yanaşmanın olmasıdı. İlk dəfə başlayanlar üçün bir qrup daxilində də müxtəlif səviyyələrdə olan və təlim keçən tələbələrlə məşğul olunur. Hər bir məşq üçün bir necə fərdi material hazırlanır. Dərs proqramı hər bir tələbənin hazırlanma səviyyəsini nəzərə alaraq hazırlanır. Buna görə də yeni iştirak edən bir şagird daha təcrübəli şagirdin yanında məşğul olması belə, onda heç bir kompleksi olmayacaq. 

Rəqs texnikası ilə yanaşı dərslərdə ətraflı olaraq tanqonun musiqi ritmləri, həmçinin Milonqa adlanan  tanqo tədbirlərində  davranış mədəniyyəti - Kodiqos  tədris edilir. Argentina tanqosu bir rəqs deyil, özünə məxsus normaları və qaydaları olan bir mədəniyyətdir. Bu qaydalara riayət etmək, xüsusən də beynəlxalq festivallarda və marafonlarda çox vacibdir.

Çox işgüzar və hətta iş qabiliyyəti baxımından ciddi şəkildə müşahidə edilən dərslərdə müşahidə olunan səmimiyyət və mizah, çox rahat bir atmosfer yaradır.

Tələbənin tək, yəni cütlük olmasada, hər iki müəllimin iştirakı ilə keçirilən, fərdi dərslər kifayət qədər münasibdir, həm tələbələr tək olsalar belə onlarla məşğul olunur.

"Şagirdlərimizlə birlikdə və hardasa onlar üçün böyüyürük. Dərs ritminə saxlamasına, isti qəlblərə və müsbət rəylərinizə və səriştənizə görə minnətdarıq. Biz də faydalı olmağa davam edəcəyik. Hər bazar günü keçirilən Milonqaya giriş gələn hər kəs üçün pulsuzdur. Yaz aylarında  isə Milonqa başqa növ rəqs tədbirlərlə  ilə növbələşərək  bulvarda keçiriləcək. Bizə yalnız tanqeralar (tanqoçular)  deyil, həm də bu mədəniyyətlə tanış olmaq və sadəcə ünsiyyət qurmaq istəyən insanlar gəlir. Bizim Milonqalar çox gözəl və fərqli musiqi ilə də fərqlənir.  Bizdə tanqonun klassik tanqo orkestraları, müasir, bəzən də tamamilə alternativ tanqo musiqisi səslənir. Azərbaycan bəstəkarlarının əsərləri mühüm yer tutur" : Müəllimlər Emil və Lalə Gezalova deyir.

Tanqo və ya rəqs etməyi düşünənlərə demək istərdik ki tanqoda:


Xəbərə aid fotolar