BSU rektoruna beynəlxalq mükafat təqdim olundu


Digərləri 31 May 2018 17:53:00 259 0

BSU rektoruna beynəlxalq mükafat təqdim olundu

31may 2018-ci il tarixdə Bakı Slavyan Universitetində Mahmud Kaşqari adına Beynəlxalq Fondun Mahmud Kaşqari medalının təqdimat mərasimi olub.

Qeyd edək ki, M.Kaşqari medalı Ümumtürk mədəniyyətinə, ədəbiyyatına  xidmətləri olan nüfuzlu şəxslərə verilir. 2006-cı ildə təsis olunan Mahmud Kaşqari medalı ilk dəfə Türkiyə Cümhuriyyətinin doqquzuncu Prezidenti Süleman Dəmirələ təqdim olunub. Sonrakı dövrlərdə medala Nursultan Nazarbayev, Oljas Süleymenov, Çingiz Abdullayev, Anar, Sabir Rüstəmxanlı, İsa Həbibbəyli, Abel Məhərrəmov və digər tanınmış elm və ədəbiyyat xadimlərinə verilib. 

Mahmud Kaşqari adına Beynəlxalq Fondunun prezidenti, şair Elxan Qaraxanoğlu təqdimat mərasimində çıxış edərək Beynəlxalq Fondun mahiyyəti, funksiyası və vəzifələri barədə qısa məlumat verib. O, medalın türk xalqlarının bir-birinə yaxınlaşmasında və türk dünyasının yaradıcı insanlarının dünyada tanıdılmasında xüsusi önəm daşıdığını bildirib. E.Qaraxanoğlu Bakı Slavyan Uiversitetinin rektoru, professor Nurlana Əliyevanın  fəaliyyətinin çoxtərəfli olmasına diqqəti çəkərək onun Azərbaycan dövlətçiliyi qarşısında xidmətlərini xüsusi qeyd edib. O, bildiribki,  N.Əliyevanın pedoqoji və elmi sahədə gördüyü işlər müasir Azərbaycan gəncliyinin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda yetişməsində misilsiz rol oynayıb.

BSU-nun mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Fondun prezidenti Bakı Slavyan Universitetinin ölkənin nümunəvi ali məktəblərindən olduğunu xüsusi qeyd edib.


Xəbərə aid fotolar