“SOCAR Trading”in rəhbərliyində


Digərləri 31 May 2018 17:36:00 328 0

“SOCAR Trading”in rəhbərliyində

"SOCAR Trading"in rəhbərliyində dəyişiklik olub.

Son.az Trend-ə istinadən bildirir ki, Ədnan Əhmədzadə "SOCAR Trading"in icraçı sədri təyin edilib.

Ə.Əhmədzadə buna qədər "SOCAR Trading"in İdarə Heyətinin üzvü olub və uzun illər şirkətin idarə olunmasında aktiv iştirak edib. Məlumata görə, Emil Bayramlı "SOCAR Trading"in maliyyə direktoru, Məryəm Almaszadə isə şirkətin İcraçı Direktoru təyin edilib.