BSU rektoruna Mahmud Kaşqari adına beynəlxal mükafat təqdim olunub (FOTO)


Digərləri 31 May 2018 17:32:50 299 0

BSU rektoruna Mahmud Kaşqari adına beynəlxal mükafat təqdim olunub (FOTO)

Bakı Slavyan Universitetində (BSU) Mahmud Kaşqari adına Beynəlxalq Fondun Mahmud Kaşqari medalının təqdimat mərasimi olub.

Bakı. Bakı Slavyan Universitetində (BSU) Mahmud Kaşqari adına Beynəlxalq Fondun Mahmud Kaşqari medalının təqdimat mərasimi olub. Universitetdən Trend-ə verilən məlumata görə, qeyd edək ki, M.Kaşqari medalı Ümumtürk mədəniyyətinə, ədəbiyyatına xidmətləri olan nüfuzlu şəxslərə verilir. 2006-cı ildə təsis olunan Mahmud Kaşqari medalı ilk dəfə Türkiyə Cümhuriyyətinin doqquzuncu Prezidenti Süleyman Dəmirələ təqdim olunub. Sonrakı dövrlərdə medala Nursultan Nazarbayev, Oljas Süleymenov, Çingiz Abdullayev, Anar, Sabir Rüstəmxanlı, İsa Həbibbəyli, Abel Məhərrəmov və digər tanınmış elm və ədəbiyyat xadimlərinə verilib. Mahmud Kaşqari adına Beynəlxalq Fondunun prezidenti, şair Elxan Qaraxanoğlu təqdimat mərasimində çıxış edərək Beynəlxalq Fondun mahiyyəti, funksiyası və vəzifələri barədə qısa məlumat verib. O, medalın türk xalqlarının bir-birinə yaxınlaşmasında və türk dünyasının yaradıcı insanlarının dünyada tanıdılmasında xüsusi önəm daşıdığını bildirib. E.Qaraxanoğlu Bakı Slavyan Uiversitetinin rektoru, professor Nurlana Əliyevanın fəaliyyətinin çoxtərəfli olmasına diqqəti çəkərək onun Azərbaycan dövlətçiliyi qarşısında xidmətlərini xüsusi qeyd edib. O, bildirib ki, N.Əliyevanın pedoqoji və elmi sahədə gördüyü işlər müasir Azərbaycan gəncliyinin vətənpərvərlik və milli–mənəvi dəyərlər ruhunda yetişməsində misilsiz rol oynayıb.