İsrail səfiri "Azercell"in Barama Innovasiya və Sahibkarlıq Mərkəzini ziyarət edib (FOTO)


Digərləri 31 May 2018 17:25:00 273 0

İsrail səfiri "Azercell"in Barama Innovasiya və Sahibkarlıq Mərkəzini ziyarət edib (FOTO)

“Azercell Telekom” MMC-nin Barama Innovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələr yerli və beynəlxalq təşkilatların marağına səbəb olub.

Bakı. “Azercell Telekom” MMC-nin Barama Innovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələr yerli və beynəlxalq təşkilatların marağına səbəb olub. Şirkətdən Trend-ə verilən məlumata görə, İsrailin Azərbaycandakı səfiri Dan Stav Barama Innovasiya və Sahibkarlıq Mərkəzinin strategiyası, hədəfləri və maraqları barədə daha ətraflı məlumat əldə etmək üçün mərkəzdə qonaq olub. İsrail XİN-nin gənc diplomatları - Hila Rouzfeldin, Mayk Driquezin, Azercell-in Strategiya və İnnovasiya şöbəsinin və Barama Mərkəzinin rəhbəri İmran Bağırovun, şirkətin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskayanın, PAŞA Bankın Dayanıqlı İnkişaf Məsələləri üzrə aparıcı meneceri Ceyhun Atayevin və digər Azercell nümayəndələrinin iştirak etdiyi görüşdə startaplarla İsrail şirkətləri arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. İsrail rəsmiləri korporativ sosial məsuliyyət və innovativ həllər sahələrində Barama mərkəzi ilə əməkdaşlığa açıq olduqlarını bildiriblər. Səfir D.Stav Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyətini və yerli startaplara dəstəyin yüksək qiymətləndirdiyini vurğulayıb. Səfir bütün istiqamətlərdə Azərbaycan və İsrail arasında əlaqələrin genişləndirilməsində marağını ifadə edərək, gələcəkdə qarşılıqlı münasibətlərin möhkəmlənməsi üçün çalışacağını bildirib. Öz növbəsində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov mərkəzin gələcək fəaliyyəti, yaxın vaxtlarda həyata keçirəcəyi beynəlxalq layihələri haqqında qonaqlara məlumat verib.