Avropa Komissiyası: Azərbaycanın regional nəqliyyat qovşağı qismində mövqeyi biznes üçün çox imkanlar açır (ÖZƏL)


Digərləri 31 May 2018 17:18:39 237 0

Avropa Komissiyası: Azərbaycanın regional nəqliyyat qovşağı qismində mövqeyi biznes üçün çox imkanlar açır (ÖZƏL)

Azərbaycanın regional nəqliyyat qovşağı qismində mövqeyi biznes üçün çoxlu imkanlar yaradır

Bakı. Ləman Zeynalova - Azərbaycanın regional nəqliyyat qovşağı qismində mövqeyi biznes üçün çoxlu imkanlar yaradır. Bu barədə Trend-ə Avropa Komissiyasından bildiriblər. Agentliyin müsahibi qeyd edib ki, hazırda Azərbaycanda Avropa İttifaqının (Aİ) 20-dən çox üzv ölkəsinin 300-dən çox şirkəti işləyir: “Azərbaycanın xarici ticarətində Aİ-nin payı 50 faizə yaxın təşkil edir. Eyni zamanda 2017-ci ildə ikitərəfli ticarət dövriyyəsi 11 milyard avrodan çox olub. 1,7 milyard avro Aİ-dən Azərbaycana ixracın, 9,4 milyard avro Azərbaycandan Aİ-yə idxalın payına düşüb. Azərbaycandan Aİ-yə idxalın 98 faizini neft və əlvan metallar təşkil edir, Aİ-dən Azərbaycana ixracın təqribən 45 faizi isə maşın avadanlıqları və kimyəvi məhsulların payına düşür”. Müsahib onu da əlavə edib ki, Aİ həmçinin Azərbaycanda ən iri investordur: “Son 11 il ərzində Aİ üzv dövlətləri Azərbaycana 20 milyard dollardan çox investisiya yerləşdirib ki, bu da ölkəyə qoyulan birbaşa xarici investisiyaların ümumi həcminin 46 faizini təşkil edir. Bu gün Aİ həm ölkənin neft sektoruna, həm də qeyri-neft sektoruna investisiya yerləşdirən ən iri xarici investordur”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin