Dopinqdə ilişən futbolçu dünya çempionatına gedir


İdman 31 May 2018 17:05:00 292 0

Dopinqdə ilişən futbolçu dünya çempionatına gedir

Peru millisinin kapitanı Xose Paolo Qerrero ilə bağlı yaxşı xəbər var. Goal.az xəbər verir ki, 34 yaşlı hücumçu dünya çempionatında oynaya biləcək. 2017-ci ilin dekabrında futbolçunun qanından götürülən testdə kokain qalıqları aşkarlanmışdı.

FİFA Qerreronu 1 il müddətinə futboldan uzaqlaşdırmışdı. Apellyasiya komitəsi isə cəzanı 6 aya endirmişdi. Mayda Ümumdünya Antidopinq Agentliyi qərara etiraz əlaməti olaraq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmiş və diskvalifikasiya 14 aya yüksəldilmişdi.

İsveçrə federal məhkəməsi isə cəzanı futboçunun son şikayətinə baxandan sonra çıxarmaq qərarına gəlib. Bu isə dünya çemionatından sonraya təsadüf edəcək.