Bakıda yaşayış binasında yanğın zamanı 35 nəfər təxliyə edilib


Digərləri 31 May 2018 16:59:11 214 0

Bakıda yaşayış binasında yanğın zamanı 35 nəfər təxliyə edilib

Bakının Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bakı. Bakının Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı bina sakinləri təxliyə edilib. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın 7-ci mərtəbəsindən 15-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli 21 p.m yanıb.