Həftəsonu Musiqili Teatrda üç tamaşa nümayiş olunacaq


Digərləri 31 May 2018 16:30:38 202 0

Həftəsonu Musiqili Teatrda üç tamaşa nümayiş olunacaq

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu üç tamaşanümayiş olunacaq.

Teatrdan "Report"a verilən məlumata görə,Musiqili Teatr iyunun 1-isaat 19:00-da “Qafqazlı qardaşqızı” (R.Hacıyev) tamaşasını rus dilində, iyunun 2-si saat 19:00-da “Amerikalı kürəkən” (R.Mirişli, M.Haqverdiyev) və iyunun 3-üsaat 19:00-da “Arşın mal alan” (Ü.Hacıbəyli) tamaşalarını ana dilimizdə təqdim edəcək.

Tamaşalarda xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Nahidə Orucova, Almaz Ələsgərli, Novruz Qartal, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar, Ülviyyə Əliyeva, Gülnarə Əzizova, Yuliya Heydərova, Səmədzadə Xasıyev, Rauf Babayev, Nicat Əli, Emil Heydərov, Aydan Həsənova, Mehriban Zalıyeva, Gültac Əlili, Ağaxan Şərifov, Elçin İmanov, Firuz Məmmədov, Ruslan Mürsəlov, Nigar Qarayeva, Eleanora Mehdiyeva və başqaları iştirak edirlər.

Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.