Özəl tibb müəssisələrində qanunsuzluqlar aşkarlandı


Digərləri 31 May 2018 16:10:00 262 0

Özəl tibb müəssisələrində qanunsuzluqlar aşkarlandı

Səhiyyə Nazirliyi son zamanlar özəl tibb fəaliyyəti ilə məşğul olan müəssisələrdə insanların həyat və sağlamlığına zərər vurulması ilə bağlı vətəndaşlardan nazirliyə və digər dövlət orqanlarına edilən çoxsaylı müraciətlər əsasında araşdırma aparıb.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) APA-ya verilən xəbərə görə, araşdırma zamanı tibbi təhsili və lisenziyası olmayan müxtəlif şəxslər tərəfindən qanunsuz tibb fəaliyyətinin həyata keçirilməsi, xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, əcnəbilərin və Azərbaycanda daimi yaşayan və vətəndaşlığı olmayan şəxslərin Səhiyyə Nazirliyindən müvafiq şəhadətnamə almadan tibb fəaliyyəti ilə məşğul olması, özəl tibb müəssisələrinə verilmiş lisenziyanın əlavəsində göstərilən ixtisaslardan kənar işlər üzrə tibbi xidmətlərin göstərilməsi halları müəyyən olunub.

Araşdırma zamanı əmək müqaviləsi və tibbi təhsili təsdiq edən müvafiq sənədləri olmadan bəzi tibb işçilərinin tibb fəaliyyəti ilə məşğul olması, əhaliyə keyfiyyətsiz tibbi xidmət göstərilməsi və tibb işçilərinin etik davranış qaydalarını pozması, heç bir əsas olmadan pasiyentlərdən əlavə ödəniş tələb edilməsi və digər bu kimi xoşagəlməz hallar da aşkarlanıb.