Türkiyənin ABŞdakı səfiri Vaşinqtona qayıtdı


Dünya 31 May 2018 15:42:00 297 0

Türkiyənin ABŞdakı səfiri Vaşinqtona qayıtdı

Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıc vəzifəsini davam etdirmək üçün Vaşinqtona qayıdıb.

Son.az report-a istinadən xəbər verir ki, o, mayın 31-də ABŞ-a yola düşüb.

Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.