Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Azərbaycan İş Mərkəzinin açılışı olub FOTO


Digərləri 31 May 2018 15:24:00 253 0

Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Azərbaycan İş Mərkəzinin açılışı olub  FOTO

Rusiyanın Həştərxan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Azərbaycan İş Mərkəzinin açılış mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycanın Birinci-vitse prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin icraçı direktoru Anar Ələkbərov, Azərbaycan Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, həmçinin iki ölkənin sahibkarları iştirak ediblər.

Tədbir iştirakçıları Azərbaycan şirkətlərinin "Made in Azerbaijan" brendi altında buraxılan məhsullarından ibarət sərgi ilə tanış olublar.


Xəbərə aid fotolar