Məktəbdə direktor olmaq istəyənlər üçün müsahibə başladı


Digərləri 31 May 2018 15:29:00 216 0

Məktəbdə direktor olmaq istəyənlər üçün müsahibə başladı

Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrlar üçün keçirilən təlimlərdə iştirak edən namizədlərin müsahibə mərhələsinə start verilib.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsahibənin nəticəsinə əsasən Bakı şəhəri üzrə vakant direktor vəzifəsinə namizədlər müəyyənləşəcək.

Qeyd edək ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrlar üçün təlimlər təşkil edilib.

Təlimlər Təhsil Nazirliyinin birbaşa tabeliyində (Bakı şəhərində yerləşən) olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyada işləyən direktorları, direktor müavinlərini və müəllimləri əhatə edib.