Yaponiya millisi dünya çempionatı üçün heyəti açıqlayıb


İdman 31 May 2018 15:28:00 281 0

Yaponiya millisi dünya çempionatı üçün heyəti açıqlayıb

Yaponiya millisinin 2018-ci il dünya çempionatı üçün yekun heyəti açıqlanıb. Goal.az xəbər verir ki, siyahıda son mövsümü Galatasaray-da keçirən Yuto Naqatomo, Kaqava, Hondanın adları da var.

Qapıçılar: Eyi Kavasima (Metz), Masaaki Hiqasiquçi (Gamba Osaka), Kosuke Nakamura (Kasiva Reysol)

Müdafiəçilər: Yuto Naqatomo (Galatasaray), Qotoku Sakai (Hamburg), Tomoaki Makino (Urawa Red Diamonds), Qen Şoji (Kasima Antlers), Vatau Endo (Urawa Red Diamonds), Mayya Yosida (Southampton), Xiroki Sakai (Marseille), Naomisi Ueda (Kasima Antlers)

Yarımmüdafiəçilər: Makoto Hasebe (Eintracht), Sindzi Kaqava (Borussia Dortmund), Qaku Sibasaki (Getafe), Riota Osima (Kavasaki Frontale), Hotaru Yamaquçi (Sereso Osaka), Keysuke Honda (Pachuca), Qenki Haraquçi (Fortuna), Takasi İnui (Eibar), Takasi Usami (Fortuna)

Hücumçular: Sindzi Okazaki (Leicester City), Yuya Osako (Werder), Yosinori Muto (Mainz)

Yaponiya dünya çempionatının qrup mərhələsində Kolumbiya, Seneqal və Polşa ilə eyni qrupda yer alır.