Real Madrid-də şok ayrılıq: uğurların memarı gedir


İdman 31 May 2018 15:10:00 372 0

Real Madrid-də şok ayrılıq: uğurların memarı gedir

Real Madrid-in baş məşqçisi Zinəddin Zidan postunu tərk edir.

Goal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, fransalı mütəxəsis qərarını bu gün keçiriləcək mətbuat konfransında elan edəcək.

Zidan Madrid klubuna 2016-cı ildə baş məşqçi təyin olunub. O, "kral klubu"na İspaniya çempionluğu və ardıcıl 3 dəfə Çempionlar Liqası kubokunu qazandırıb.