Bakı bulvarında iri əyləncə mərkəzi açılacaq (FOTO)


Digərləri 31 May 2018 15:08:32 379 0

Bakı bulvarında iri əyləncə mərkəzi açılacaq (FOTO)

Bu il Bakı bulvarında "Caspian Waterfront" iri əyləncə mərkəzi açılacaq.

Bakı. Azad Həsənli - Bu il Bakı bulvarında "Caspian Waterfront" iri əyləncə mərkəzi açılacaq. Trend-in məlumatına görə, bunu mərkəzin layihələndirmə işlərini görən "Chapman Taylor" dizayner şirkətinin direktoru Tim Karran deyib. O bildirib ki, sahəsi 120 min kvadratmetr olan mərkəz ailəvi istirahət məkanı kimi hazırlanır: "Təklif ediləcək əyləncə xidmətlərinin çeşidi çox müxtəlif olacaq, mərkəzdə bütün nəslin nümayəndələri üçün çox gözəl ab-hava yaradılacaq".