Goranboyda müəllim şagirdin valideynlərini məhkəməyə verdi FOTO


Digərləri 31 May 2018 14:03:00 283 0

Goranboyda müəllim şagirdin valideynlərini məhkəməyə verdi  FOTO

Goranboy rayonunda müəllim şagirdinin valideynlərini məhkəməyə verib.

Son.az report-a istinadən xəbər verir ki, rayonun Nizami kənd orta məktəbinin idman müəllimi Tehran Əhməd oğlu Tağıyev həmin məktəbin 5-ci sinif şagirdinin nənəsi Tamilə Babayevanı və atası Akif Babayevi məhkəməyə verərək 12 000 manat təzminat tələb edib.

T.Babayeva "Report"a bildirib ki, məktəbdə idman dərsi zamanı şagirdlər futbol oynayarkən qəfildən top onun nəvəsinin ayağında partlayıb: "Sonradan yeni top almaq üçün idman müəllimi şagirdlərin hərəsindən 1 manat olmaqla pul yığıb. Lakin mənim nəvəmdən 10 manat gətirməyi tələb edib. Nəvəm də bu pulu verməyə atasının imkanının olmadığını deyib. Tehran müəllim isə nəvəmə yeni alınan topla oynamağı qadağan edib. Bir gün idman dərsində nəvəm öz sinif yoldaşları ilə futbol oynayan zaman müəllim görüb və topu şagirdlərdən alaraq nəvəmi sinif yoldaşlarının yanında nəlayiq sözlərlə təhqir edib. Uşaq evdə müəllimin ona dediklərini danışdıqdan sonra mən uşağın atası ilə birlikdə məktəbə getdim. Tehran müəllimə öz iradımı bildirdim. Dedim: "Utanmırsan!? Axı sən müəllimsən, sənə yaraşar 5-ci sinif şagirdini nəlayiq ifadələrlə söyəsən!?" Tehran müəllim də tez öz mobil telefonunu götürüb Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək mənim onu təhqir etdiyim barədə məlumat verdi. Məktəbin direktoru müəllimi və məni sakitləşdirib bizi məktəbdən uzağlaşdırdı. Biz də çıxıb evə qayıtdıq". 

O əlavə edib ki, baş verən hadisədən sonra nəvələrini həmin məktəbdən çıxarıb: "Mən hadisədən sonra məktəbdə oxuyan iki nəvəmi oradan çıxarıb Malaqan kənd orta məktəbinə qoydum. Aranın sakitləşdiyini düşünürdük. Bir də gördük ki, Goranboy Rayon Məhkəməsindən bizə bildiriş gəlib. Məlum oldu ki, Tehran müəllim məni və oğlumu məhkəməyə verərək guya onun şəxsiyyətini alçaltdığımıza görə hərəmizdən 5000 manat mənəvi, hərəmizdən 1000 manat isə maddi ziyan olmaqla ümumilikdə 12 000 manat bizə qarşı təzminat davası açıb. Əslində, günahkar müəlimin özüdür, mənim nəvəmi söyüb, təhqir edib, sinif yoldaşları arasında onun şəxsiyyətini alçaldıb. Sonra da bizi məhkəməyə verir. Biz bu təzminatı heç bir halda ödəyə bilmərik. Müəllim özü də bilir ki, kasıb ailəyik". 

Məsələ ilə bağlı "Report"un müxbiri Tehran Tağıyevlə əlaqə saxlayıb. 


Xəbərə aid fotolar