Ermənistanın elektrik şəbəkəsinin erməni əsilli Rusiya milyarderinə verilməsi barədə müqavilə ləğv edilib


Dünya 31 May 2018 14:07:00 330 0

Ermənistanın elektrik şəbəkəsinin erməni əsilli Rusiya milyarderinə verilməsi barədə müqavilə ləğv edilib

Ermənistanın Energetika Nazirliyi "Yüksək Gərginlikli Elektrik Şəbəkəsi" Qapalı Səhmdar Cəmiyyətini (QSC) "Tashır Kapital" şirkətinə verilməsi barədə müqaviləni ləğv edib.

Son.az report-a istinadən xəbər verir ki, şəbəkə 2017-ci il avqustun 24-də "Tashır"in idarəçiliyinə verilmişdi.

Bununla bağlı qərarı Ermənistanın o vaxtkı hökuməti qəbul edib.