İşəgötürənlərin diqqətinə


Digərləri 31 May 2018 13:31:00 213 0

İşəgötürənlərin diqqətinə

Qeyri-rəsmi məşğulluğun qarşısını almaq üçün qanunvericiliydə dəyişikliklər nəzərdə tutulur.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, işçiləri qeyri-rəsmi məşğulluğa cəlb edən işəgötürənlər üçün cərimələr artırılır. Əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası komissiyasının hazırladığı fəaliyyət planında 36 istiqamət müəyyənləşib. Bir sıra qanunvericilik aktlarına dəyişikliklər təklif edilir.   İdris İsayev - Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini: "Əmək, mülki, inzibati xətalar və məşğulluq haqqında qanuna dəyişikliklər hazırlanıb. Nazirlər kabinetinə təqdim edilib. Proses razılaşma mərhələsindədir". "Dəyişikliklərin bəziləri bu ilin iyulunda, bəziləri isə ilin sonunadək yekunlaşacaq" - deyən nazir müavini bildirib ki, qeyri-rəsmi məşğulluqla daha çox kiçik və orta sahibkarlıq subyektləri məşğul olur. Bu halların qarşısını almaq üçün cərimələrin artırılması da nəzərdə tutulub.  İdris İsayev - Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini: "Hüquqi şəxs qanunsuz yolla kimisə işə cəlb edirsə, bunun cəriməsi yüksəkdir. 20.000-dən 25.000-dək cəriməsi var. Bu şəxslər hətta azadlıqdan məhrum edilə də bilər. Bu işdə digər dövlətlərin də təcrübəsi öyrəniləcək".  Qeyri-rəsmi məşğulluğun qiymətləndirilməsi üçün dövlət statistika komitəsində monitorinq və hesabatlılıq sistemi də yaradılacaq.


Xəbərə aid fotolar