Siyavuş Novruzov: "Azərbaycan banklarında kredit faizi çox yüksəkdir"


Digərləri 31 May 2018 13:38:20 302 0

Siyavuş Novruzov: "Azərbaycan banklarında kredit faizi çox yüksəkdir"

"Manatın dayanıqlılığına baxmayaraq, Azərbaycan banklarında kredit faizi çox yüksəkdir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin plenar iclasında 2017-ci il dövlət büdcəsinin icrasının müzakirəsi zamanı deyib.

S.Novruzov qeyd edib ki, kredit faizi yüksək olduğu üçün vətəndaşlar bundan səmərəli istifadə edə və yeni iş yerləri yarada bilmirlər.