İyunun ilk günü yağış yağacaq


Digərləri 31 May 2018 13:31:00 234 0

İyunun ilk günü yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 24-29, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.