Hollandiyada eyvanda "Allahu Əkbər" qışqıran kişi güllələndi FOTO


Dünya 31 May 2018 13:27:00 307 0

Hollandiyada eyvanda "Allahu Əkbər" qışqıran kişi güllələndi  FOTO

1 ildən çoxdur ki, atası ilə birlikdə Hollandiyanın Rotterdam şəhərindəki mənzildə yaşayan suriyalı eyvana çıxaraq "Allahu Əkbər" deyə qışqırıb və əlindəki bayrağı dalğalandırıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, polislər onu sakitləşdirməyə çalışıblar, lakin 26 yaşlı suriyalı onlara əhəmiyyət verməyib. Nəticədə polislər atəş açaraq suriyalını yaralayıblar.

Daha sonra polislər onu tutmaq məqsədi ilə evinə qalxanda yaralı kişi əlindəki balta ilə polis itini öldürüb.


Xəbərə aid fotolar