Siyavuş Novruzov: Azərbaycan banklarında kredit faizi çox yüksəkdir


Digərləri 31 May 2018 13:19:00 232 0

Siyavuş Novruzov: Azərbaycan banklarında kredit faizi çox yüksəkdir

Manatın dayanıqlılığına baxmayaraq, Azərbaycan banklarında kredit faizi çox yüksəkdir.

Bakı. Elçin Mehdiyev – Manatın dayanıqlılığına baxmayaraq, Azərbaycan banklarında kredit faizi çox yüksəkdir. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin plenar iclasında 2017-ci il dövlət büdcəsinin icrasının müzakirəsi zamanı deyib. S.Novruzov qeyd edib ki, kredit faizi yüksək olduğu üçün vətəndaşlar bundan səmərəli istifadə edə və yeni iş yerləri yarada bilmirlər. Onun fikrincə, Azərbaycanda orta və kiçik sahibkarlıq da kreditlərdən lazımınca yararlana bilmədiyi üçün kifayət qədər iş yeri yaradılmır ki, oradan da dövlət büdcəsinə vergi ödənilsin və büdcə artsın. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin