Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub


Digərləri 31 May 2018 13:04:00 254 0

Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub.

Son.az xəbər verir ki, Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən APA-ya bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə Qalib Hümmət oğlu Əbdüləliyev Agentliyin Baytarlıq nəzarəti şöbəsinin müdiri - Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi təyin edilib.