Komitə sədri: Vergidən azadolmalar araşdırılmalıdır


Digərləri 31 May 2018 12:53:00 263 0

Komitə sədri: Vergidən azadolmalar araşdırılmalıdır

Azərbaycanda təhsil xərclərinin strukturuna baxılmalıdır.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda təhsil xərclərinin strukturuna baxılmalıdır. Trend-in məlumatına görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən iclasında 2017-ci il dövlət büdcəsinin icrasının müzakirələri zamanı deyib. Ölkədə peşə texniki təhsilin yaradıldığını qeyd edən komitə sədri söyləyib ki, bunun üçün büdcədən daha çox maliyyə ayrılmaldır: "Çünki bu, gələcəkdə məşğulluğun artmasına gətirib çıxaracaq”.