Ələt azad iqtisadi zonası ilə bağlı qanun dəyişiklikdən sonra qəbul edildi


Digərləri 31 May 2018 12:35:00 255 0

Ələt azad iqtisadi zonası ilə bağlı qanun dəyişiklikdən sonra qəbul edildi

Milli Məclisin yaz sessiyasının son iclası başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda ilk olaraq "Normativ hüquqi aktlar haqqında" qanuna əlavə müzakirəyə çıxarılıb.

Qanun layihəsi haqqında məlumat verən Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bir müddət əvvəl vitse-spiker Valeh Ələsgərovun rəhbərlik etdiyi İşçi Qrupu tərəfindən yaradılan və parlament tərəfindən qəbul edilən "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi ilə bağlı təxminən onlarla dəyişiklik etmək zərurəti yaranıb.

Komitə sədri bildirib ki, yeni qanun layihəsinin işlənməsi üçün "Normativ hüquqi aktlar haqqında" qanunda məhdudiyyətlər yarandığına görə bura yeni bir maddə əlavə edilməsi təklif edilir.

Təklif edilən 5.4-cü maddədə bildirilir ki, "Ələt azad iqtisadi zonasının ərazisində "Ələt azad iqtisadi zonası haqqında" qanun ilə müəyyən edilmiş hallarda bu Konstitusiya qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir".