Canlı yayımda Elzanı ələ saldı VİDEO


Digərləri 31 May 2018 12:37:40 312 0

Canlı yayımda Elzanı ələ saldı  VİDEO

"Son zamanlar bu statuslu müğənnilərin gəncləri niyə sıxma-boğmaya saldığını anlamıram"

Son.az xəbər verir ki, bunu Tolik aparıcısı olduğu "Hər şey daxil"in bugünkü buraxılışında deyib.

Qonaqları müğənnilər Vasif Məhərrəmli və Xatirə İslamın olduğu proqramda prodüser Elzanı Damla və onun pərəstişkarları ilə bağlı alçaldıcı açıqlamalarına görə peşman edib:

"Musiqinin dili olmur. Camaat sevirsə onu, lap pis yazılıb, sevirlər də onu. Mən Elza xanımın "Sənsiz bilməmişəm baharı, qışı. Yağıb taleyimə qəm yağışı" mahnısını çox sevirəm. Amma keçən dəfə gəlib burada oxudu ki "Göydən düş buludlar, gəl burdan şimşək çax"... Mən anlamadım!"

Tolikin sözləri qonaqlarının gülüşü ilə qarşılanıb.


Xəbərə aid fotolar