Ronaldonun anası: "Onun Mançesterə qayıtmasına üstünlük verərdim"


İdman 31 May 2018 12:30:00 245 0

Ronaldonun anası: "Onun Mançesterə qayıtmasına üstünlük verərdim"

Kriştianu ronaldonun anası Doloreş Aveyro Çempionlar Liqasının finalından öncə SFR Sport kanalına açıqlama verib. O, ulduz futbolçunun gələcəyi ilə bağlı fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, Aveyro oğlunun Manchester United-ə geri qayıtmasına isti yanaşdığını gizlətməyib.

"Parisi sevirəm. Vaxtaşırı ora gedirəm. Son dəfə Parisdə oğlum "Qızıl top"u qazananda olmuşam. Onunla fəxr edirəm. Hər dəfə bu şəhərə gedəndə xoş münasibət görürəm. Ronaldonun Parisə köçməsinə etiraz etməzdim. Amma onun daha çox Mançesterə qayıtmasına üstünlük verərdim".

Ronaldonun adı son günlər PSG ilə daha sıx hallanmağa başlayıb. Real-la futbolçu arasında məvacibin həcmi barədə fikir ayrılığı, Paris klubunun isə ona illik 45 milyon avro məvacib ödəməyə hazır olması növbəti səs-küylü transferin ilk siqnalları kimi qəbul edilir.