Metyu Brayza: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Trampın konkret fikri yoxdur"


Siyasət 31 May 2018 12:28:10 356 0

Metyu Brayza: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Trampın konkret fikri yoxdur"

"ABŞ-ın hazırda bu bölgə üçün ayıracaq vaxtı yoxdur"

"Prezident Donald Trampın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret fikri varsa, bu, böyük sürpriz və irəliyə doğru atılmış böyük addım olardı. Amma indi bu, çətindir, çünki Ermənistanın baş naziri Nikol Paşinyan hələ hökumətini formalaşdırmaqdadır".

Bunu "Report"a Atlantik Şuranın analitiki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib.

O, D.Trampın münaqişənin həlli ilə bağlı konkret fikrinin olmasına şübhə etdiyini, eyni zamanda, Vaşinqtonda bu məsələ ilə bağlı bürokratik fəallıq müşahidə olunmadığını bildirib: "ABŞ-ın hazırda bu bölgə üçün ayıracaq vaxtı yoxdur".