QDİƏT-in beynəlxalq elmi müsabiqəsində qalib olan yeganə azərbaycanlı


Digərləri 31 May 2018 12:01:00 274 0

QDİƏT-in beynəlxalq elmi müsabiqəsində qalib olan yeganə azərbaycanlı

UNEC-in I kurs tələbəsi Mirmehdi Əhmədzadə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) keçirdiyi beynəlxalq elmi müsabiqənin qalibi olub.

Bakı. UNEC-in I kurs tələbəsi Mirmehdi Əhmədzadə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) keçirdiyi beynəlxalq elmi müsabiqənin qalibi olub. Trend-in məlumatına görə, elmi müsabiqə “QDİƏT regionunda parlamentlərarası əməkdaşlığın 25 illiyi: Baxışlar və gələcək perspektivlər” mövzusunda olub. UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan M.Əhmədzadə elmi müsabiqənin qalibi olan ilk azərbaycanlıdır. O, müsabiqədə “QDİƏT regionunda parlamentlərarası əməkdaşlığın 25 illiyi: Azərbaycandan baxış” mövzusunda elmi məqalə ilə iştirak edib.