Millət vəkili: "AXCPnin xaricdən qeyriqanuni maliyyələşməsi cəzasız qalmamalıdır"


Digərləri 31 May 2018 11:56:00 275 0

Millət vəkili: "AXCPnin xaricdən qeyriqanuni maliyyələşməsi cəzasız qalmamalıdır"

AXCP-nin xaricdən qeyri-qanuni maliyyələşməsi cəzasız qalmamalıdır.

Son.az xəbər verir ki, bunu Trend-ə millət vəkili Hikmət Babaoğlu deyib.

H.Babaoğlu qeyd edib ki, Son günlərdə Azərbaycan hüquq-mühafizə orqanlarının AXCP sədri və onun fəaliyyəti ilə bağlı yaydığı məlumatlarda kifayət qədər ciddi ittihamlar var və hüquqi məsuliyyət yaradır:

"Azərbaycan hüquqi dövlətdir və düşünürəm ki, məsələnin hüquqi tərəfləri elə bu çərçivədə də həll olunmalıdır. Ancaq nəzərə alsaq ki, Əli Kərimli və onun ətrafındakı radikal marginal qrup Azərbaycanda siyasi hakimiyyətə iddialıdır, o zaman bu məsələ təkcə hüquqi müstəvi ilə məhdudlaşmamalı, onların fəaliyyəti ictimai rəyə təsir edən vasitələrlə də qınanmalıdır. Çünki konkret halda bu qrup radikal olmaqla bərabər, həm də maliyyə məsələlərində ciddi manipulyatordur".